Bank Of Baku

“Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filminin təqdimatı keçiriləcək

“Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filminin təqdimatı keçiriləcək
# 16 noyabr 2011 09:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində “Mustafa Topçubaşov. Əsrin fonunda portret” sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, film “Yaddaş” sənədli filmlər studiyasında dövlət sifarişi ilə istehsal olunub. Xalq artisti, rejissor Yalçın Əfəndiyevin çəkdiyi ekran əsəri Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri, akademik Mustafa bəy Topçubaşovun həyatı və fəaliyyətindən bəhs edir.

Filmin ssenari müəllifləri Nadejda İsmayılova, Yalçın Əfəndiyev, rejissoru Yalçın Əfəndiyev, operatoru Adil Abbas, səs rejissoru Teymur Abdullayev, montajçısı Pərviz Məmmədov, əlaqələndiricisi Ağa İbrahim Əfəndiyev, redaktoru Kamran Qasımov,
icraçı prodüseri Cavid İmamverdiyevdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR