Bank Of Baku

Azərbaycanın İtaliyadakı səfirliyi müstəqilliyin 20 illiyi münasibətilə fortepiano konserti təşkil edib

Azərbaycanın İtaliyadakı səfirliyi müstəqilliyin 20 illiyi münasibətilə fortepiano konserti təşkil edib
# 16 noyabr 2011 15:31 (UTC +04:00)
Bakı – APA. Noyabrın 8-9-da İtaliyanın Çerveteri və noyabrın 10-11-də Fonte Nuova şəhərlərində Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş fortepiano konserti təşkil olunub. Səfirlikdən APA-ya verilən xəbərə görə, konsertdə gənc azərbaycanlı pianoçu, Xəzər Universitetinin musiqi və incəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət solo konsertlə çıxış edib.

Konsertləri giriş sözü ilə Çerveteri şəhərinin meri Cino Çolli və Fonte Nuova şəhərinin meri Qratsiano Di Buo açaraq xalqlar arasında dostluq münasibətlərinin dərinləşməsi üçün mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Onlar konsert proqramının təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildiriblər. Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov söz alaraq bu il Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd edildiyi barədə məlumat verərək bu 20 il ərzində Azərbaycanın Cənubi Qafqazda güclü iqtisadiyyata malik lider ölkəyə çevrildiyini bəyan edib.

Konsert proqramı və Zülfiyyə Sadıqovanın ifası qonaqların böyük marağına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR