Bank Of Baku

Azərbaycan prezidenti Şəkidə Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olub

Azərbaycan prezidenti Şəkidə Sabit Rəhman adına Dövlət Dram Teatrının binası ilə tanış olub
# 17 noyabr 2011 20:09 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, 1973-cü ildə ipəkçilərin mədəniyyət sarayı kimi fəaliyyətə başlamış bu bina iki ildən sonra Sabit Rəhman adına Dövlət Dram Teatrının kollektivinin ixtiyarına verilib. Teatr maraqlı çıxışları ilə təkcə Şəkinin deyil, ölkəmizin bütün sənətsevərlərinin rəğbətini qazanıb. Teatr binasının uzun müddət əsaslı təmir olunmaması kollektivin fəaliyyətinə təsirsiz ötüşməyib. Prezident İlham Əliyevin Sərəncam və göstərişləri əsasında indi ölkəmizin bütün tarixi abidələri, sənət ocaqları əsaslı şəkildə yenidən qurulur. Buna uyğun olaraq, Şəki Dövlət Dram Teatrının binasının da əsaslı təmiri planlaşdırılır.
Dövlət başçısı təmir-bərpa işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR