Bank Of Baku

Tahir Əmiraslanov: ““Eurovision-2012” ilə bağlı Bakıya gələcək qonaqlar üçün Azərbaycanın ən gözəl yeməkləri seçilməlidir”

Tahir Əmiraslanov: ““Eurovision-2012” ilə bağlı Bakıya gələcək qonaqlar üçün Azərbaycanın ən gözəl yeməkləri seçilməlidir”
# 18 noyabr 2011 12:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı qonaqların ixtiyarına veriləcək restoranlarda aşpazlar və ofisiantlar ən azından həkim nəzarətindən keçməlidirlər. Onlar hər birini bu işə sənədləşdirilmək lazımdır. Aşpazlar və ofisiantlar bu prosesə xüsusi olaraq hazırlanmalıdırlar”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri, respublikanın baş kulinarı Tahir Əmiraslanov deyib.

Mərkəz rəhbəri “Eurovision-2012” üçün kulinariya sahəsində xüsusi layihələrin həyata keçirilməsi üçün maliyyə dəstəyinə ehtiyac olduğunu vurğulanıb: “Müsabiqə ərəfəsində milli mətbəx kulinariyasının təqdimatı üçün tapşırıqlar və maliyyə dəstəyi olmalıdır. O tapşırığı bizə nə qədər tez versələr, biz o qədər yaxşı hazırlaşacağıq. Paytaxtımıza gələn avropalılar üçün Azərbaycanın ən gözəl yeməkləri seçilməlidir, onların üzərində işlənilməli və standartlaşdırılmalıdır. Bunun üçün də böyük maliyyə və zaman lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR