Bank Of Baku

Belçikanı “Eurovision-2012”-də 16 yaşlı müğənni təmsil edəcək - FOTO

Belçikanı “Eurovision-2012”-də 16 yaşlı müğənni təmsil edəcək - <font color=red>FOTO </font>
# 18 noyabr 2011 14:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Belçika Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçisini müəyyənləşdirib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Belçikanın milli yayımçısı olan “EEN” təmsilçini bu gün keçirilən mətbuat konfransında açıqlayıb. Belçikanı 57-ci “Eurovision” mahnı müsabiqəsində 16 yaşlı Laura van den Bruel (Iris) təmsil edəcək.

Belçika “Eurovision”un təsisçilərdən biridir və müsabiqədə 1956-cı ildən iştirak edir.

Belçika bu illər ərzində yalnız bir dəfə “Eurovision”un qalibi olub. Ölkə 1986-cı ildə Sandra Kimin ifa etdiyi “J’aime La Vie” (“Mən həyatı sevirəm”) mahnısı ilə birinci olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR