Bank Of Baku

Mədəniyyət və turizm naziri Azərbaycan Kinematoqrafçılar İttifaqının mövcud vəziyyətinə münasibət bildirib

Mədəniyyət və turizm naziri Azərbaycan Kinematoqrafçılar İttifaqının mövcud vəziyyətinə münasibət bildirib
# 22 noyabr 2011 09:52 (UTC +04:00)
Bunu APA-nın sualına cavab olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Uzun müddətdir fəaliyyətində problemlər yaranan, maliyyə çatışmazlığı ilə üzləşən Azərbaycan Kinematoqrafçılar İttifaqının mövcud vəziyyəti barədə danışan nazir bu qurumun ictimai təşkilat olduğunu xatırladıb və qeyd olunan problemin ittifaq tərəfindən həllini mümkün sayıb. Azərbaycan Yazıçılar Birliyi, Bəstəkarlar və Rəssamlar ittifaqlarının da ictimai təşkilat olaraq fəaliyyət göstərdiyini qeyd edən Ə. Qarayev, bu qurumlar üçün sadəcə, xüsusi təqaüdlər təqdim edildiyini bildirib: “Biz yalnız bu yolla kömək edirik. Amma kinematoqrafiya sahəsi özünü təmin edən, kinoların yayımı əsasında vəsaiti əldə edən təşkilat kimi fəaliyyət göstərməlidir. Bu sahədə yaxşı iş ortaya qoyulsa, o zaman vəsaiti də olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR