Bank Of Baku

Bakı Musiqi Akademiyasının 90 illiyinə həsr olunmuş konsert keçiriləcək

Bakı Musiqi Akademiyasının 90 illiyinə həsr olunmuş konsert keçiriləcək
# 22 noyabr 2011 10:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 29-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Clarinetissimo II” adlı konsert keçiriləcək. BMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solisti Anar Məmmədov (klarnet) və Vəli Budaqovun (klarnet) birgə ifasında əsərlər səslənəcək. Konsertmeysterləri Nərgiz Ağayeva və Gülər Ağayeva olan konsertin proqramına Ü.Hacıbəyli, Bermann, Mendelssohn, Frank, Ponchiellinin əsərləri daxil edilib. Konsert Bakı Musiqi Akademiyasının 90 illiyinə həsr olunur. Konsertə giriş sərbəstdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR