Bank Of Baku

“Eurovision-2012”də Azərbaycanı təmsil etmək istəyən 119 nəfər arasında keçirilən ilkin dinləmələrdən hazırlanan veriliş yayımlanmağa başlayır

“Eurovision-2012”də Azərbaycanı təmsil etmək istəyən 119 nəfər arasında keçirilən ilkin dinləmələrdən hazırlanan veriliş yayımlanmağa başlayır
# 22 noyabr 2011 15:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 22-dən etibarən “Eurovision-2012”də Azərbaycanı təmsil etmək üçün müraciət etmiş 119 nəfər arasında İctimai Televiziyada keçirilən ilkin dinləmələrdən hazırlanan veriliş yayımlanmağa başlayır. İTV-dən APA-ya verilən məlumata görə, sənəd vermiş şəxslərdən milli seçim turuna kimlərin keçib-keçmədiyi bu gün, noyabrın 24-də və 26-da saat 21.00-da yayımlanacaq “Milli seçim turu” proqramında bilinəcək.

Xatırladaq ki, Azərbaycanı “Eurovision”da təmsil etmək üçün qeydə alınan 119 nəfərdən 72-si milli seçim turunda iştirak hüququ qazanıb. 72 iştirakçı hər biri 9 nəfərdən ibarət 8 qrupa bölünüb. İştirakçılar 8 həftə ərzində İctimai Televiziyanın canlı efirində çıxış edəcək.

Milli seçim şousu həftə ərzində 5 gün, axşam saat 21:00-da yayımlanacaq. İştirakçılar həftə içi hər gün səs imkanları və səhnə performanslarını göstərəcəklər. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunacaq. 8 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Finala keçmiş 3 nəfər iştirakçı Azərbaycanı "Eurovision-2012" də təmsil etmək uğrunda yarışacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR