Bank Of Baku

“Sehrli xalat” bərpa edilib

“Sehrli xalat” bərpa edilib
# 23 noyabr 2011 09:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın sevilən uşaq filmlərindən olan “Sehrli xalat” bərpa edilib. Filmin bərpasını Azərbaycan Dövlət Film Fondu Rusiya Dövlət Film Fondu ilə birgə həyata keçirilib. Film Fondunun mətbuat katibi Rəşad Qasımovun APA-ya verdiyi məlumata görə, bərpa işləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, 1964-cü ildə istehsal olunan “Sehrli xalat” filminin kinorejissor və operatoru əməkdar incəsənət xadimi Əlisəttar Atakişiyev olub. Filmin bəstəkarı Arif Məlikov, quruluşçu operatoru Teyyub Axundovdur. Baş rollarda Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Yusif Şeyxov, Solmaz Hətəmova, Azər Qurbanov və başqaları iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR