Bank Of Baku

İrəvan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Soyqırım abidəsinin dastanı” adlı tamaşa Ankarada nümayiş olunub

İrəvan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Soyqırım abidəsinin dastanı” adlı tamaşa Ankarada nümayiş olunub
# 29 noyabr 2011 13:29 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi münasibətilə Ankarada Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin təşkilatçılığı ilə “Soyqırım abidəsinin dastanı” adlı tamaşa nümayiş etdirilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tamaşa Ankaranın Yeniməhəllə Bələdiyyəsi Dörd Mövsüm Teatr Salonunda səhnəyə qoyulub. Tamaşanı seyr edənlər arasında millət vəkili Ənsar Öyüt, Yeniməhəllə bələdiyyə başçısı Fəthi Yaşar, İğdırdan sabiq millət vəkili Yücəl Artantaş, Azərbaycandan gələn nümayəndələr də olub.

Zehni Papakçının yazdığı, İftixar Piriyevin rejissoru olduğu və Azərbaycan İrəvan Dövlət Dram Teatrının səhnələşdirdiyi “Soyqırım abidəsinin dastanı” adlı iki pərdəlik tamaşada ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qırğınlardan bəhs olunur. Tamaşanın sonunda aktyorlar Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR