Bank Of Baku

Fransanın “Eurovision-2012” təmsilçisi müəyyənləşib - FOTO

Fransanın “Eurovision-2012” təmsilçisi müəyyənləşib - <font color=red>FOTO </font>
# 29 noyabr 2011 14:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Fransa Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsindəki təmsilçisini müəyyənləşdirib. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Fransanı gələn il müsabiqədə Anggun təmsil edəcək. 37 yaşlı xanım müğənni İndoneziyanın Cakarta şəhərində anadan olub və uşaq yaşlarından oxumağa başlayıb. Onun ən böyük hiti olan “Snow in the Sahara” adlı albomu dünyanın 30 ölkəsində, o cümlədən ABŞ-da buraxılıb. Müğənninin bu yaxınlarda “Echos” adlı yeni albomu işıq üzü görüb.

Anggun deyib ki, onun üçün Fransanı bu yarışmada təmsil etmək hədiyyədir: “Mən Fransa vətəndaşlığını 2000-ci ildə qəbul etdim və ehtimal edirəm ki, bugünkü Fransanı təcəssüm edirəm. “Eurovision” bir çox ölkələrdə vacib olan böyük Amerika üsullu istehsaldır. Məsələn, mən buna Avropa ölkələrinə səyahətim zamanı şahid oldum. Biz hamimiz qalib olmaq istəyirik. Mən Fransanı parlamağa məcbur edəcəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR