Bank Of Baku

ABŞ-da Nyu-York Azərbaycan Teatrının ilk tamaşasının premyerası keçiriləcək – FOTO

ABŞ-da Nyu-York Azərbaycan Teatrının ilk tamaşasının premyerası keçiriləcək – <font color=red>FOTO</font>
# 01 dekabr 2011 09:44 (UTC +04:00)
Bakı – APA. Dekabrın 4-də Azərbaycan Nyu-York Assosiasiyasının nəzdində yaradılmış Nyu-York Azərbaycan Teatrının təqdimatında Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının premyerası olacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, tamaşa Azərbaycan dramaturgiyasının banisi M. F. Axundovun 200 illik yubileyinə həsr edilib.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatı Azərbaycan Respublikasının əməkdar artisti, “Qızıl Dərviş” mükafatı laureatı, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovdur. Rolları Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri ifa edəcəklər.

Nyu-York Azərbaycan Teatrının yaradılmasında məqsəd zəngin Azərbaycan mədəniyyəti, o cümlədən teatrını ABŞ-da və digər ölkələrdə təbliğ etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR