Bank Of Baku

Almaniya şirkəti “Eurovision-2012” mahnı müsabiqəsinin rəsmi istehsal tərəfdaşı seçilib

Almaniya şirkəti “Eurovision-2012” mahnı müsabiqəsinin rəsmi istehsal tərəfdaşı seçilib
# 01 dekabr 2011 12:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində Almaniyanın “Brainpool GmbH” şirkəti rəsmi istehsal tərəfdaşı seçilib.

APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, bunu “Eurovision” üzrə Azərbaycanın milli yayımçısı olan İctimai Teleradio elan edib. “Brainpool GMbH” şirkəti Bakıda keçiriləcək 57-ci “Eurovision” yarışmasının dizayn, texniki dəstək və şou təşkil etməkdə aparıcı tərəfdaş olacaq. “Eurovision-2012”-nin icraçı prodüseri Adil Kərimli deyib ki, “Brainpool GmbH” şirkəti bu ilin mayında Düsseldorfda keçirilmiş 56-cı “Eurovision” yarışması zamanı üzərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirib: “Biz şirkətlə əməkdaşlıq etmək niyyətindəyik, çünki onların təcrübəsi var və bu möhtəşəm layihədə bizə kömək edə bilərlər”.

“Eurovision” müsabiqəsinin icraçı direktoru Jon Ola Sand İctimai Televiziyanın verdiyi bu qərardan məmnunluğunu ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR