Bank Of Baku

Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fonda təqdim olunmuş layihələrin təhlili ilə bağlı ekspertlərin iclası keçirilib

Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fonda təqdim olunmuş layihələrin təhlili ilə bağlı ekspertlərin iclası keçirilib
# 02 dekabr 2011 11:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Moskvada MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fonduna təqdim olunmuş layihələrin təhlili və qiymətləndirilməsi ilə bağlı ekspertlərin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli, Gənclər və İdman Nazirliyinin sektor müdiri İndira Hacıyeva təmsil olunublar. Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya və Tacikistan nümayəndə heyətləri və Fondun rəhbər əməkdaşlarının iştirakı ilə keçirilən iclasda 2012-ci ildə icrası təklif olunan 300-ə yaxın layihə təfsilatları ilə müzakirə edilib.
Müzakirələrdən sonra Azərbaycan təşkilatları tərəfindən təqdim olunan “Müşahidə astrofizikasının müasir metodları” adlı yay məktəbi, “Muzeylərin müasir vəziyyəti və inkişaf perspektivləri” adlı beynəlxalq elmi konfrans, “Tarixi-mədəni irs və müasir cəmiyyət” adlı illik elmi-tədqiqat konfransı, “MDB, Baltikyanı ölkələri və Gürcüstan KİV-nin “MDB məkanında rus dili: problem və perspektivlər” adlı beynəlxalq forumu kimi layihələr ekspert səviyyəsində məqbul hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR