Bank Of Baku

Bəstəkarlar İttifaqında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş kamera konserti keçirilib

Bəstəkarlar İttifaqında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş kamera konserti keçirilib
# 02 dekabr 2011 14:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda kamera konserti keçirilib. APA-nın məlumatına görə, konsert Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunub. Proqramdan öncə çıxış edən Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün ölkənin tarixinin ən fərəhləndirici səhifələrindən olduğunu deyib. O bildirib ki, bu mövzu Azərbaycan bəstəkarlarının yaradıcılığında önəmli yer tutmalıdır: “Çox istərdim ki, bu mövzuya Azərbaycan bəstəkarları tez-tez müraciət etsinlər və biz belə əsərlərdən mütəmadi olaraq konsertlərdə istifadə etməyə hazırıq”.

Daha sonra tədbir musiqi ifaları ilə davam etdirilib. Konsert iştirakçıları Məmməd Cəfərovun “Sayağılar” - piano üçün 3 pyesini, Nərminə Nağıyevanın klarnet, violin və piano üçün “İllüziyaçı”, klarnet və violin üçün “Qaradamlarının rəqsi”, Samir Əliyevin “İki piano üçün Poema”, Zəminə Əliyevanın violin və piano üçün “Sonata” kimi əsərlərini, Elnarə Dadaşovanın “Fuqa”larını, həmçinin əməkdar incəsənət xadimi Sərdar Fərəcovun iki piano üçün “Azad el” əsərini dinləyiblər. Adı çəkilən əsərlər ilk dəfə ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR