Bank Of Baku

Əbülfəs Qarayev Çexiya, Macarıstan və Həbəşistanın Azərbaycandakı səfirləri ilə görüşüb

Əbülfəs Qarayev Çexiya, Macarıstan və Həbəşistanın Azərbaycandakı səfirləri ilə görüşüb
# 02 dekabr 2011 15:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Çexiyanın Azərbaycandakı səfiri Radek Matulanı qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Çexiya arasında mədəniyyət sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, təcrübə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak və digər mövzular müzakirə olunub. Səfir R. Matula Ə. Qarayevi Çexiyaya rəsmi səfərə dəvət edib.

Ə. Qarayevlə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutura arasında da görüş keçirilib. Görüş zamanı ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb. J. Çutura Azərbaycan nümayəndə heyətini 2012-ci ilin iyun ayında Budapeştdə keçiriləcək 17-ci Dunay Karnavalında iştiraka dəvət edib.

Daha sonra mədəniyyət və turizm naziri Həbəşistanın Azərbaycanda yeni akkreditə olunmuş səfiri Mulatu Teşomenlə görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR