Bank Of Baku

“Eurovision-2012” mahnı müsabiqəsinin loqosunun istifadəsi və təşviqat kampaniyalarında təbliğinə dair razılıq əldə olunub

“Eurovision-2012” mahnı müsabiqəsinin loqosunun istifadəsi və təşviqat kampaniyalarında təbliğinə dair razılıq əldə olunub
# 02 dekabr 2011 15:52 (UTC +04:00)
Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə, müsabiqənin PR meneceri Kamran Ağası, eləcə də, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin və Turizm şöbəsinin əməkdaşları iştirak ediblər.

Görüş zamanı, “Eurovision-2012” mahnı müsabiqəsinin loqosunun istifadəsi və təşviqat kampaniyalarının hər birində təbliğ olunmasına dair razılıq əldə olunub. PR tədbirləri çərçivəsində xarici televiziya kanallarında ölkəmiz haqqında reklam çarxlarının nümayişi, beynəlxalq turizm sərgilərində Azərbaycan stendlərində “Eurovision-2012”-nin təbliği, müxtəlif promo məhsulların paylanılması, tədbir qabağı “Eurovision kəndi”nin quraşdırılması, 80-dən artıq mətbuat konfransının təşkili və digər işlərin həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR