Bank Of Baku

2012-ci ildə Mədəniyyətlərarası dialoq üzrə Bakı Qlobal Tədqiqat (Think-tank) Qrupunun yaradılması nəzərdə tutulur

2012-ci ildə Mədəniyyətlərarası dialoq üzrə Bakı Qlobal Tədqiqat (Think-tank) Qrupunun yaradılması nəzərdə tutulur
# 02 dekabr 2011 21:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2012-ci ildə Mədəniyyətlərarası dialoq üzrə Bakı Qlobal Tədqiqat (Think-tank) Qrupunun yaradılması və dünyanın bütün qitələrindən məşhur ekspertlərin onun işinə cəlb edilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Əlaqələr və Mədəniyyət Proqramları şöbəsindən APA-ya verilən məlumata görə, Think-Tank qrup tərəfindən Dünya Forumunun gündəliyində duracaq məsələlərə dair müzakirə sənədlərinin hazırlaması nəzərdə tutulur. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Think-Tank qrupun nizamnaməsinin ilkin layihəsi Azərbaycan, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası və Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət Beynəlxalq İşçi Qrupunun üzvlərinə artıq göndərilib. Bu nizamnamə layihəsi hələlik qrupun fəaliyyətinin ümumi çərçivəsini müəyyən edir, lakin sənədin təfərrüatları Forumun beynəlxalq tərəfdaşları ilə müzakirə olunduqdan sonra yekun variant kimi qəbul edilməsi və 2012-ci ilin aprel ayında Təsis Konfransının keçirilməsi nəzərdə tutulur.

Qeyd olunan məsələ 2011-ci ilin 7-9 aprel tarixlərində Azərbaycan prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası dialoq Forumunun nəticələrindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR