Bank Of Baku

Bu gün Azərbaycanın “Eurovision-2012” milli seçim turlarının 2-ci həftəsinə start verilir

Bu gün Azərbaycanın “Eurovision-2012” milli seçim turlarının 2-ci həftəsinə start verilir
# 05 dekabr 2011 10:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gündən Azərbaycanın “Eurovision-2012” milli seçim turlarının 2-ci həftəsinə start verilir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, bu həftənin iştirakçıları Rüfət Əliyev, Mehriban Sadıqova, Fərid Həsənov, İlham Həmidov, Hüseyn Abdullayev, Məryəm Kərimova, Sehri Rəhimova, “Live or Leave” qrupu və Elvin Babazadə olacaq. Bu gün onlar dünya estradasından mahnılarla səhnədə olacaqlar. İştirakçılar həftənin 5 günü canlı yayımda ifalarını təqdim edəcəklər. Həftənin cümə günü isə münsiflər heyətinin və tamaşaçıların SMS səsverməsi nəticəsində qalib bəlli olacaq.

Milli seçim turunu bu gün, saat 22:00-da İctimai Televiziyanın canlı efirində izləmək mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR