Bank Of Baku

Ağadadaş Qurbanovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək

Ağadadaş Qurbanovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək
# 05 dekabr 2011 11:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Görkəmli sənətkar, teatr və kino aktyoru, xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək. APA-nın məlumatına görə, tədbirdə sənətkarın vaxtilə birgə çalışdığı teatr və kino xadimləri onunla bağlı xatirələrini bölüşəcək, çəkildiyi filmlərdən kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru xalq artisti Vaqif Əsədov, ssenari müəllifi əməkdar artist Azər Mirzəyevdir.

Təntənəli mərasimdə A. Qurbanovun hələ məktəbli ikən yaradıcılığa başladığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram və Musiqili Komediya teatrlarının aktyorlarının iştirakı nəzərdə tutulur.

Yubiley tədbiri dekabrın 20-də mədəniyyət və turizm nazirinin xüsusi əmri və dəstəyi ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR