Bank Of Baku

İsrafil İsrafilov: “Tamaşaçıların tamaşa zamanı mobil telefonlardan istifadə etməsi böyük problemdir və xoşagələn mənzərə deyil”

İsrafil İsrafilov: “Tamaşaçıların tamaşa zamanı mobil telefonlardan istifadə etməsi böyük problemdir və xoşagələn mənzərə deyil”
# 06 dekabr 2011 09:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov teatra gələn tamaşaçıların tamaşa zamanı mobil telefonlardan istifadə etmələrinə münasibət bildirib. Teatr rəhbəri APA-ya açıqlamasında bunun böyük problem olduğunu deyib və bu problemin qarşısının alınması üçün bəzi addımlar atmağın vacibliyini qeyd edib: “Biz bəzən teatrlarda tamaşaçılarla işləmirik və yaxud işimizi onlarla düz qurmuruq. Tamaşaçılar müxtəlif olur, hamının mədəni səviyyəsi, dünyagörüşü axı eyni deyil. Tamaşaçılar biletləri müxtəlif yerlərdən alsalar da, bir auditoriyada birləşirlər. Bu problemi aradan qaldırmaq üçün tamaşaçılarla işləmək, onları hazırlamaq, teatr xüsusiyyətləri formalaşdırmaq lazımdır. İndi gördüyümüz mənzərəni dəyişmək üçün müəyyən metodlar tapmaq lazımdır, iş üsullarından istifadə etmək lazımdır”.

İ.İsrafilov deyib ki, bununla bağlı artıq nəsihət vermək nəticə vermir: “Artıq bəzi konkret addımlar atmağın zamanıdır. Bəlkə də tanınmış və sevilən səhnə ustalarımız onlara müraciət edib deməlidirlər ki, sizin bu hərəkətiniz aktyorun oyununa hörmətsizlikdir. Bu vəziyyəti dəyişmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR