Bank Of Baku

Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun ikinci yarımfinalçısı məlum olub

Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun ikinci yarımfinalçısı məlum olub
# 09 dekabr 2011 20:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün İctimai Teleradioda Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli seçim turunun ikinci yarımfinalçısı məlum olub. APA-nın məlumatına görə, əvvəlcə bu həftənin 9 iştirakçısı öz performanslarını nümayiş etdiriblər. Bu həftənin birincisi Məryəm Kərimova olub.
İkinci həftənin 2-si Hüseyn Abdullayev, 3-sü Fərid Həsənov, 4-sü İlham Həmidov, 5-si Elvin Babazadə, 6-sı Sehri Rəhimova, 7-si “Live or Leave” qrupu , 8-si Rüfət Əliyev və 9-su Mehriban Sadıqova olub.

Qeyd edək ki, iştirakçılar bazar ertəsindən cümə gününədək yayımlanan milli seçim şousunda səs imkanları və səhnə performanslarını göstəriblər. Seçim qaydaları ötən il olduğu kimi aparılır. Həftənin qalibi 5 gün ərzində tamaşaçıların göndərdiyi sms və münsiflər heyətinin səsverməsi nəticəsində müəyyən olunur. Daha 6 həftənin qalibləri növbəti mərhələyə-yarımfinala vəsiqə qazanacaq. Yarımfinala keçmiş iştirakçılar isə Azərbaycanı “Eurovision-2012” də təmsil etmək uğrunda yarışacaq.

Artıq iki yarımfinalçı məlumdur. Onlar ilk həftənin qalibi Orxan Kərimli və bu həftənin qalibi Mehriban Sadıqovadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR