Bank Of Baku

İsveçrənin “Eurovision 2012” təmsilçisi bəlli olub-FOTO

İsveçrənin “Eurovision 2012” təmsilçisi bəlli olub-<font color=red>FOTO </font>
# 11 dekabr 2011 18:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İsveçrəni Azərbaycanda keçiriləcək “Eurovision-2012" mahnı müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub.

APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı məlumata görə, dekabrın 10-da İsveçrənin Kreuzlingen şəhərində “Eurovision 2012” mahnı müsabiqəsi üzrə milli seçim turunun final mərhələsi keçirilib.

Seçimin qalibi 17.87%-lə iki qardaşın təmsil olunduğu “Sinplus" qrupu olub. Qrup Bakı səhnəsində “Unbreakable” mahnısı ilə çıxış edəcək.

İsveçrəni təmsil edəcək qrup 14 namizəd arasından seçilib. Ölkənin milli seçimlərində “Eurovision”un ilk qalibi Lis Assiada mübarizə aparıb. Lakin ilk qalib 14 namizəd arasında 8-ci yerdə qərarlaşıb və onun ölkəsini növbəti dəfə bu müsabiqədə təmsil etmək istəyi reallaşmayıb.

”Sinplus” qrupunun yaradıcıları İvan və Qabriel qardaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR