Bank Of Baku

Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil etmək üçün 8 namizəd mübarizə aparacaq

Azərbaycanı “Eurovision-2012” mahnı müsabiqəsində təmsil etmək üçün 8 namizəd mübarizə aparacaq
# 12 dekabr 2011 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sabahdan “Evrovision-2012” milli seçim turlarının 3-cü həftəsi başlayır. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, bu həftənin iştirakçıları Xəyyam Mustafazadə, Fərid Ramazanov, Aytac Vəliyeva, Rüstəm Əlləzov, Rövşən Əzizov, Aysel Quluzadə, Yelena Kərimova, Anar Səfərov və Altun Zeynalov olacaq. İştirakçılar həftənin 5 günü canlı yayımda ifalarını təqdim edəcəklər. Şənbə günü isə münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 3-cü həftənin qalibi bəlli olacaq.

Qeyd edək ki, artıq 2 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Finalda isə milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR