Bank Of Baku

Əbülfəs Qarayev BMT Sivilizasiyalar Alyansının 4-cü illik Forumunda iştirak edir

Əbülfəs Qarayev BMT Sivilizasiyalar Alyansının 4-cü illik Forumunda iştirak edir
# 12 dekabr 2011 13:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Dohada keçirilən BMT Sivilizasiyalar Alyansının 4-cü illik Forumunda iştirak edir. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini İşlər üzrə Dövlət Komitəsi və Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları daxildir.
Ə. Qarayev turizm və səyahətlərin sivilizasiyalararası münasibətlərdə rolu mövzusunda keçirilən sessiyada çıxış edib. Çıxışı zamanı o, Ermənistanın işğalçılıq fəaliyyətinin turizmin inkişafına vurduğu ziyandan danışıb. Dekabrın 12-də keçirilən “Münaqişələrin transformasiyası - Xoşbəxt gələcəyin qurulmasında tarixi öyrətməyin rolu” mövzusunda keçirilən sessiyada da çıxış edən nazir, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və onun regionda sülhə təsirini xüsusilə qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR