Bank Of Baku

Əbülfəs Qarayev UNESCO və Ümumdünya Turizm təşkilatlarının baş direktorları ilə görüşüb

Əbülfəs Qarayev UNESCO və Ümumdünya Turizm təşkilatlarının baş direktorları ilə görüşüb
# 12 dekabr 2011 15:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Nazir Əbülfəs Qarayev Doha Forumu çərçivəsində UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb. APA-nın məlumatına görə, nazir Azərbaycan prezidenti İlham Əliyev və ölkənin I xanımı Mehriban Əliyevanın salamlarını İ. Bokovaya çatdırıb. Nazir Azərbaycan-UNESCO münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Görüşdə UNESCO-nun hazırkı vəziyyətini nəzərə alaraq münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə keçib. Doha Forumu çərçivəsində nazir Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş direktoru Taleb Rifai arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycan ilə təşkilat arasında yüksək münasibətlər vurğulanaraq gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. T. Rifai qeyd edib ki, ÜTT mədəniyyətlərarası münasibətlərin inkişafını və turizmin bu prosesdə rolunu dəstəkləyir. Həmçinin, cənab Rifai 2013-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi tərəfdaşı olmaqdan məmnun olacaqlarını diqqətə çatdırıb.
Səfər çərçivəsində azərbaycanlı nazirin növbəti görüşü Qətər dövlətinin mədəniyyət və incəsənət naziri Hamad bin Abdəl Əziz Kavari ilə olub. Görüşdə Azərbaycanla Qətər dövləti arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib. Vurğulanıb ki, ölkələr arasında qarşılıqlı keçirilən mədəniyyət günlərinin iki xalqın qarşılıqlı bir-birini tanımasına və mədəniyyətlərin təşviqinə böyük şərait yaradıb. Görüş zamanı hər iki nazir münasibətlərin konkret fəaliyyətlər ilə daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR