Bank Of Baku

Polşa, Slovakiya və Ermənistanın Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirakı sual altındadır

Polşa, Slovakiya və Ermənistanın Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirakı sual altındadır
# 13 dekabr 2011 10:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində bəzi ölkələr öz iştirakını təsdiqləsə də, Polşa, Slovakiya və Ermənistan hələ bu sırada deyil. APA-nın məlumatına görə, ötən illərdə Polşa təmsilçilərinin göstərdiyi nəticələr ürəkaçan olmadığından ölkə növbəti il müsabiqədə iştirak etmək niyyətində deyil. Amma bu, son qərar deyil və Polşanın müsabiqə üzrə yayımçı şirkəti yaxın gələcək üçün qəti qərarını açıqlayacaq.

“Eurovision-2012”də Slovakiyanın pop-rok ifaçısı Miro Şmayda ilə təmsil olunması ilə bağlı Avropa mətbuatında xəbərlər yayılsa da, ötən ay ölkənin “Eurovision” üzrə yayımçı televiziya kanalı “RTVS” ilə musiqiçi arasında problem yaranıb və bu səbəbdən ölkənin gələn il yarışmada iştirakı sual altına düşüb.

Ermənistanın da Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012”də iştirakı sual altında qalır. Bunun səbəbi Ermənistanın müsabiqə üzrə nümayəndə heyətinin Avropa Yayım Birliyindən (EBU) təhlükəsizliyinin təminatı ilə bağlı tam zəmanət ala bilməməsidir.

Onu da əlavə edək ki, gələn ilin mayında (22, 24, 26) Bakıda keçiriləcək 57-ci “Eurovision” yarışmasında artıq 7 ölkənin təmsilçisi müəyyənləşib. Belçika, Fransa, Kipr, Makedoniya, Serbiya, İsveçrə, Çernoqoriya təmsilçilərini müəyyənləşdirən ölkələr arasındadır. Qardaş ölkə Türkiyənin təmsilçisi yanvarın 1-də açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR