Bank Of Baku

Nazir: “Azərbaycanda “Eurovision-2012” müsabiqəsinin keçiriləcəyi yer hələ təsdiqlənməyib”

Nazir: “Azərbaycanda “Eurovision-2012” müsabiqəsinin keçiriləcəyi yer hələ təsdiqlənməyib”
# 13 dekabr 2011 12:37 (UTC +04:00)
Nazir yarışmanın hazırda Bayraq Meydanında tikilən “Kristal Palace”-də keçirilməsini arzuladığını deyib: “Azərbaycan möhtəşəm ölkədir, beynəlxalq tədbirlərin də ən yüksək səviyyədə keçirilməsində maraqlıdır. Odur ki, Avropa ictimaiyyətini uzun illər əvvəl tikilən Heydər Əliyev adına İdman Konsert Kompleksində qarşılamaq yaxşı hal olmazdı. Ora köhnədir və standartlara cavab vermir”.

A. Rəhimov onu da qeyd edib ki, alternativ variant kimi Tofiq Bəhramov adına Respublika Stadionu əsaslı şəkildə yenidən qurulur: “Stalin dövründən qalan stadionun dünya standartlarına uyğun şəkildə hazırlanması Azərbaycan üçün böyük uğurdur. “Eurovision” iki həftə davam edəcək. Amma bu stadion ömürlük Azərbaycanda qalacaq.

“Kristal Palace”-da isə vəziyyət hazırda bildiyiniz kimidir. Yer müəyyənləşib, ilkin bəndlər birləşdirilib. Amma hələ ki, yer tam hazır deyil. İnanıram ki, az vaxt qalmasına baxmayaraq, “Kristal Palace” hazır olacaq və biz Avropanı təəccübləndirə biləcəyik. Azərbaycan bununla da dünyada birinci olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR