Bank Of Baku

Fransanın “Eurovision-2012” təmsilçisi: “Bakıdan ölkəmə qələbə ilə qayıtmaq arzusundayam”

Fransanın “Eurovision-2012” təmsilçisi: “Bakıdan ölkəmə qələbə ilə qayıtmaq arzusundayam”
# 13 dekabr 2011 15:41 (UTC +04:00)
Bilirəm ki, Fransa xalqı mənə böyük ümidlər bəsləyir. Bakıya qalib ruhu ilə gedəcəyəm və qalibiyyəti ölkəmə gətirmək arzusundayam. Əslində bütün iştirakçılar müsabiqəyə bu fikirlə qatılır, ancaq mən təvazökar olmalıyam, çünki bu müsabiqə bir çox ölkələrin birinci yerə çıxmaq, qalib olmaq üçün yarışdığı böyük bir arenadır”. APA-nın məlumatına görə, bu sözləri Fransanı Bakıda keçiriləcək “Eurovision” yarışmasında təmsil edəcək müğənni Anqun “esctoday.com” saytına müsahibəsində deyib.

Hazırda yeni albomu üzərində işlədiyini deyən Fransa təmsilçisi bu səbəbdən də işinin çox olduğunu qeyd edib: “İctimaiyyətin mənə reaksiyası isə çox müsbətdir və bu hal məni daha da ruhlandırır. Eyni zamanda insanlardan xoş mesajlar alıram. “Eurovision”da hansı mahnı ilə təmsil olunacağıma gəlincə, deyə bilərəm ki, hazırda bununla bağlı mahnılar qəbul etməyə davam edirik və bunun üçün həm fransız, həm də xarici komandalara müraciət etmişik. Axtarış davam edir və ən layiqli mahnı seçiləcək”.

Angun deyib ki, “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar İtaliya, Belçika, İsveçrə və Polşaya promo-turları nəzərdə tutulur: “Bundan sonra müsabiqədə iştirak edəcək mahnını Avropada təbliğ etmək üçün Avropa promo-turlarına çıxacağam. Rusiya, Yunanıstan, Portuqaliya, Ukrayna və Türkiyəyə təbliğat xarakterli səfərlərimin vaxtı sonra məlum olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR