Bank Of Baku

Azərbaycanda Koreya mədəniyyəti günləri keçiriləcək

Azərbaycanda Koreya mədəniyyəti günləri keçiriləcək
# 13 dekabr 2011 15:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycanda Koreya mədəniyyəti günləri keçiriləcək. APA-nın xəbərinə görə, bunu Koreyanın Azərbaycandakı səfiri
Li Ci - Ha bildirib. Onun sözlərinə görə, mart ayında Azərbaycan və Koreya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü tamam olacaq. Bu münasibətlə Azərbaycanda bir sıra tədbirlər keçiriləcək. Azərbaycanda Koreya mədəniyyəti, Koreyada isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılır. Bu çərçivədə Azərbaycanda Koreyanın tamaşaları, rəqsləri, milli yeməkləri nümayiş olunacaq.

Diplomat Azərbaycanla Koreya arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndiyini də qeyd edib. Li Ci – Ha onu da deyib ki, onlar bu il Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə birgə bir qrup azərbaycanlı gənci Koreyaya aparıblar. Gənclər orada Koreya mədəniyyəti ilə yaxından tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR