Bank Of Baku

Professor Abuzər Xələfovun anadan olmasının 80 illiyi münasibəti ilə beynəlxalq konfrans keçirilib

Professor Abuzər Xələfovun anadan olmasının 80 illiyi münasibəti ilə beynəlxalq konfrans keçirilib
# 14 dekabr 2011 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada əməkdar elm xadimi, Azərbaycan kitabxanaşünaslıq elminin banisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, professor Abuzər Xələfovun anadan olmasının 80, yaradıcılığının 60 illiyi münasibəti ilə beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, konfrans TÜRKSOY-un təşkilatçılığı ilə baş tutub. TÜRKSOY-a üzv ölkələrin təmsilçilərinin, elm və mədəniyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov A.Xələfovun ömür yolundan, fəaliyyətindən danışıb. Bildirilib ki, 40-dan çox kitabın, 350-yə yaxın elmi məqalənin müəllifi olan A. Xələfov daim Azərbaycanda kitabxana işinin təşkilinə, inkişafına, yeniləşməsinə öz töhfəsini verib.
Qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyi 80 illik yubiley münasibətilə A.Xələfovun iki kitabını çap etdirib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev alimin Azərbaycanda kitabxanaşünaslıq və biblioqrafiya elminə verdiyi töhfələrdən, elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətindən danışıb, yubilyarı təbrik edib.
Tədbirdə Tatarıstan mədəniyyət nazirinin birinci müavini İradə Ayupova Azərbaycanda kitabxanaçılıq işinin yüksək səviyyədə qurulmasında A.Xələfovun bir alim kimi böyük zəhməti olmasını yüksək qiymətləndirib. İ.Ayupova yubilyarı təbrik edərək ona xatirə hədiyyələri təqdim edib.
AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, A.Xələfov təkcə kitabxanaşünas kimi tanınmır, o, ictimai elmləri dərindən bilən, respublikanın elmi, mədəni və ictimai həyatında böyük rol oynayan nüfuzlu alim kimi də böyük hörmət sahibidir.

Tədbirdə Bakı Dövlət Universitetinin dosenti Knyaz Aslan geniş məruzə ilə çıxış edərək A. Xələfovun həyatı və fəaliyyəti barədə məlumat verilib. K. Aslan deyib ki, A. Xələfov kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində mütəxəssis, elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz rol oynayıb, bir elmlər doktoru və 13 elmlər namizədi yetişdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR