Bank Of Baku

Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib

Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib
# 14 dekabr 2011 10:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun yaradıcılıq gecəsi keçirilib. APA-nın xəbərinə görə, yaradıcılıq gecəsi görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunub.

Tədbirdə çıxış edən əməkdar jurnalist İttifaq Mirzəbəyli deyib ki, son il yarımda artıq doqquzuncu dəfədir musiqisevərlər görkəmli bəstəkar Tofiq Bakıxanovun yaradıcılıq gecəsinə toplaşırlar. Tofiq Quliyevin sənətə, musiqiyə münasibətindən danışan İ. Mirzəbəyli tədbirin onun xatirəsinə həsr edildiyinə görə Tofiq Bakıxanova minnətdarlığını bildirib.

Konsertdə əməkdar artist Zakir Mirzəyev (qarmon), Kəmalə Mirbabayeva (fortepiano), Cavid Hüseyn, Ramil Qasımov, Leyla Dadaşova və İsmayıl Məmmədovun ifaları alqışlarla qarşılanıb. Qara Qarayev adına 8 saylı musiqi məktəbin şagirdi İsmayıl Məmmədovun ifasında “Günəş”, “Məktəb illəri” mahnıları da səslənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR