Bank Of Baku

Əbülfəs Qarayev: “Doha Forumunda Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəni irsinin dağıdılması, mənimsənilməsi məsələsini qaldırdıq”

Əbülfəs Qarayev: “Doha Forumunda Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəni irsinin dağıdılması, mənimsənilməsi məsələsini qaldırdıq”
# 14 dekabr 2011 12:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Doha Forumunda Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən dağıdılması və mənimsənilməsi məsələsini qaldırıb. Nazir APA-ya açıqlamasında deyib ki, forum iştirakçıları bu məsələdə Azərbaycanı dəstəkləyib: “Bildirildi ki, bütün bəşəriyyət mədəniyyət vasitəsilə birləşmək arzusundadır və bu cür hallar ürəkaçan deyil. Çünki insanlar artıq müharibədən yorulublar. Xəbərlərdə daim narahatlıq doğuran, insanları əsəbiləşdirən yeniliklər insanlara mənfi təsir göstərir”.

Ə. Qarayev Azərbaycan nümayəndələrinin Doha Forumunda çox fəal iştirak etdiklərini söyləyib: “Dövlətlərin, hökumətlərin mədəniyyətlərarası dialoq sahəsində məsuliyyəti haqqında gedən söhbətlərdə Azərbaycanın siyasəti çox böyük hörmətlə qeyd olundu. Biz öz mövqeyimizi bildirdik və iştirakçı ölkələri 2013-cü ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etdik. Orada müzakirə olunacaq məsələlərin mövzularını müəyyənləşdirdik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR