Bank Of Baku

Aşıq Ələsgərin 190 illik yubileyinə həsr olunmuş təbdir keçirilib - FOTOSESSİYA

Aşıq Ələsgərin 190 illik yubileyinə həsr olunmuş təbdir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 14 dekabr 2011 20:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dekabrın 14-də Heydər Əliyev Sarayında böyük ustad Aşıq Ələsgərin 190 illik yubileyinə həsr olunmuş təbdir keçirilib. APA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, aşıq sənəti həm Azərbaycan xalq ədəbiyyatının, həm də ümumiyyətlə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Bu sənətin inkişafına həmişə dövlət qayğısı olmuş, aşıqlarımız, bu sahədə çalışan digər ifaçılar fəxri adlara layiq görülmüş, onların konsertləri üçün şərait yaradılıb: “Keçib gəldiyimiz təqribən 40 illik tarixi yolun fərqli mərhələlərində mərhum prezident Heydər Əliyevin qoymuş olduğu ənənələrə görə Azərbaycan mədəniyyəti ən yüksək səviyyədə dəstəklənib. Bu mənada mən ölkəmizin incəsənət xadimlərini xoşbəxt sayıram”.

Ə.Qarayev deyib ki, 2011-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, böyük ustad Aşıq Ələsgərin anadan olmasının 190 illiyi respublikanın bölgələrində geniş şəkildə qeyd edilib.

Çıxışlardan sonra tədbirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən aşıqlarla yanaşı, Türkiyədən, İrandan, Rusiyadan və Gürcüstandan dəvət olunmuş aşıqlar da çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR