Bank Of Baku

“Top həm düşər, həm qalxar” sənədli filminin təqdimatı keçiriləcək

“Top həm düşər, həm qalxar” sənədli filminin təqdimatı keçiriləcək
# 15 dekabr 2011 14:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan futboluna həsr olunmuş “Top həm düşər, həm qalxar” sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, film Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunub.

Rejissor Arzu Urşanın “Salnamə” studiyasında bu il çəkilən film artıq sentyabr ayında Rusiyanın Lipetsk şəhərində keçirilən “Atlant” VIII Beynəlxalq İdman Filmləri Festivalında “Olimpiya İdeallarına Sədaqət” nominasiyasında birinci mükafata layiq görülüb, eləcə də noyabrda İtaliyanın Milan şəhərində keçirilən Beynəlxalq İdman Filmləri Festivalında qalib elan olunub.

Filmin ssenari müəllifləri Arzu Urşan və Aleksandr Balaşov, operatorları Yuri Yermolin və Nadir Mehdiyev, rəssamı Fikrət Ələkbərov, montajçısı Sergey Kolmıkov, fotoqrafı Elşən Əliyevdir. Filmin təqdimatı dekabrın 20-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR