Bank Of Baku

Avropa Yayımçılar Birliyi Azərbaycanda "Eurovision-2012" ərəfəsində təbliğat sahəsində görülən işləri müsbət dəyərləndirib - FOTO

Avropa Yayımçılar Birliyi Azərbaycanda "Eurovision-2012" ərəfəsində təbliğat sahəsində görülən işləri müsbət dəyərləndirib - <font color=red>FOTO </font>
# 15 dekabr 2011 16:27 (UTC +04:00)
İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, Avropa Yayımları Birliyinin (EBU) nümayəndələrinin iştirakı ilə keçirilən ilk toplantıda “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı təhlükəsizlik məsələləri geniş müzakirə olunub. Təhlükəsizlik strukturları və təşkilatçı-yayımçının nümayəndələrinə 2011-ci ildə Düsseldorfda keçirilən “Eurovision” mahnı müsabiqəsində tətbiq olunan tədbirlər barədə geniş məlumat verilib.
“Eurovision-2012” mahnı müsabiqəsi dövründə media ilə iş və ictimaiyyətlə əlaqələrə həsr olunan ikinci toplantıda isə bu günədək görülmüş işlər təhlil edilib, eyni zamanda “Eurovision-2012” mahnı müsabiqəsi İşçi Qrupunun əhatəli media planı təqdim olunub. Avropa Yayımları Birliyinin nümayəndələri media və ictimaiyyətlə əlaqələr sahəsində bu günədək görülmüş işləri müsbət dəyərləndiriblər. İclasda həmçinin “Eurovision-2012” mahnı müsabiqəsinin yeni yaradılmış milli saytı müzakirə olunub.
Sonra Avropa Yayımları Birliyinin nümayəndələri İctimai Televiziyada və "Eurovision Milli seçim turu" proqramında qonaq olublar, "Carcı" informasiya proqramına müsahibə veriblər. “Bakıda geniş və çoxtərəfli məsələləri əhatə edən görüş keçirdik. Əsasən təhlükəsizlik və kommunikasiya ilə bağlı məsələlər müzakirə olundu. Bütün işlər plana uyğun gedir’” - deyən “Eurovision-2012” mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sand təşkilatçı-yayımçı İctimai Televiziya ilə uğurlu əməkdaşlığın olduğunu bildirib.
“Eurovision TV”nin direktoru Jorqan Frank Bakı görüşündə müzakirə olunan təhlükəsizlik və ictimaiyyətlə əlaqələr sahəsindəki məsələləri şərh edərkən bildirib ki, insanların Azərbaycandakı şoudan zövq alması üçün hər bir şey etməyə çalışırlar: "Məncə müsabiqənin təşkili üçün peşəkar komanda formalaşıb. Avropa Yayımları Birliyi ilə çox səmərəli əlaqələr qurulub. O, cümlədən ictimaiyyətlə əlaqələr yüksək səviyyədə təşkil olunub".
Qeyd edək ki, iclasda Avropa Yayımları Birliyini “Eurovision” mahnı müsabiqəsinin baş prodüseri Yan Ola Sand, “Eurovision TV”nin direktoru Jorqan Frank, “Eurovision” mahnı müsabiqəsinin təşkilatçı prodüseri Sitse Bakker, layihənin təhlükəsizlik üzrə məsləhətçisi Andreas Şmit, Avropa Yayımları Birliyinin Media ofisinin rəhbəri Karen Mazzoli təmsil ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR