Bank Of Baku

Azərbaycan ümumdünya irsinə daxil olan iki abidəsinə hərbi münaqişə vəziyyətində “gücləndirilmiş müdafiə” statusunun verilməsi ilə bağlı UNESCO-ya sorğu göndərib

Azərbaycan ümumdünya irsinə daxil olan iki abidəsinə hərbi münaqişə vəziyyətində “gücləndirilmiş müdafiə” statusunun verilməsi ilə bağlı UNESCO-ya sorğu göndərib
# 16 dekabr 2011 09:01 (UTC +04:00)
Bunlar Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçərişəhər və Qobustan qayaüstü incəsənət nümunələridir. Komitə əlavə informasiya toplamaq üçün bu sorğunu iştirakçı ölkələrə göndərib. Qeyd edək ki, dünən UNESCO-nun mənzil-qərargahında keçirilən iclasda Litvadakı Kyarnave arxeoloji abidəsinə analoji status verilib.

“Gücləndirilmiş müdafiə” statusu hərbi münaqişələr dövründə mədəniyyət abidələrinin müdafiəsinə dair 1954-cü il Haaqa Konvensiyasının 1999-cu ildə qəbul olunmuş ikinci Protokolunun əsas xüsusiyyətlərindən biridir. Bu status üç şərtlə verilir: 1) abidə bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edir; 2) yerli hakimiyyət orqanları tərəfindən lazımi qaydada mühafizə edilir, tarixi dəyəri ilə əlaqədar yüksək mühafizə sistemi ilə təmin olunur; 3) abidə hərbi məqsədlər üçün istifadə edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR