Bank Of Baku

Azərbaycanlı gənc musiqiçilər Rostovda keçirilən müsabiqənin “Qran-pri” mükafatına layiq görülüblər – FOTO

Azərbaycanlı gənc musiqiçilər Rostovda keçirilən müsabiqənin “Qran-pri” mükafatına layiq görülüblər – <font color=red>FOTO </font>
# 16 dekabr 2011 09:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı gənc musiqiçilər Rostov şəhərində keçirilən “Millətin Sərvəti – 2011” (“Sokrovişşe natsii – 2011”) müsabiqəsinin “Qran-pri” mükafatına layiq görülüblər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə gənc skripkaçılar - Bakı şəhər Q. Qarayev adına 8 saylıi Onbirillik Musiqi Məktəbinin şagirdi, 15 yaşlı Nadir Eyvazov və M. Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin şagirdi, 10 yaşlı Elxan Zəkizadə iştirak edib və hər biri öz yaş qrupunda müsabiqənin ən yüksək mükafatına layiq görülüblər. Şagirdlərin göstərdikləri yüksək nəticələrə görə onların müəllimləri Hökümə Əliyeva və Mahirə Tabiyeva diplomla təltif olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR