Bank Of Baku

Azərbaycan kino filmlərində çəkilmiş gürcü aktyorların foto arxivləri Bakıdan Tiflisə aparılıb

Azərbaycan kino filmlərində çəkilmiş gürcü aktyorların foto arxivləri Bakıdan Tiflisə aparılıb
# 16 dekabr 2011 12:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcü aktyorlarının Azərbaycan kino filmlərində çəkilmiş foto arxivləri Bakıdan Tiflisə gətirilib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumatına görə, Azərbaycanın Dövlət Fondunun rəhbəri Cəmil Quliyev təmənnasız olaraq həmin arxivləri Gürcüstan Ədliyyə Nazirliyinin Milli Arxivinə hədiyyə verib. Azərbaycan filmlərindən “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Bizim küçə”, “Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Səhər”, “Fit səsi” və digər filmlərdə gürcü aktyorlarından İpolit Xviçiya, Liya Eliava, Nana Paçuaşvili, David Uplisaşvili, Vaxtanq Pançulidze, Avtandil Maxaradze, Ariadna Şenqelaya, İrakli Xizanişvili, Giuli Çoxonelidze çəkiliblər.

Bundan başqa Milli Arxivə 1966-cı ildə gürcü kino aktyorlarının Bakıya gəlişini əks etdirən və heç bir arxivdə olmayan foto materiallar hədiyyə verilib.

Gürcüstanın Milli Arxivi Azərbaycanın Dövlət Film Fondu ilə 2010-cu ildən əməkdaşlıq edir. “2011-ci ilin aprelində Fondun direktoru Cəmil Quliyev Vasili Amaşukelinin 1908-ci ildə çəkdiyi neft istehsalından bəhs edən kino kadrları şəxsi kolleksiyalardan toplayaraq Gürcüstan Milli Arxivinə hədiyyə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR