Bank Of Baku

Gələn il Azərbaycan Dövlət Film Fondu filmlərimizdə çəkilən gürcü aktyorlarının fotolarından ibarət buklet çap edəcək

Gələn il Azərbaycan Dövlət Film Fondu filmlərimizdə çəkilən gürcü aktyorlarının fotolarından ibarət buklet çap edəcək
# 16 dekabr 2011 15:35 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gələn il Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan filmlərində çəkilən gürcü aktyorlarının fotolarının elektron surəti dərc olunan buklet çap olunacaq. Bu barədə Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu gün Dövlət Film Fondunun və Gürcüstan Milli Arxivinin təşkilatçılığı ilə Tiflisdə Azərbaycan filmlərində çəkilən gürcü aktyorlarının 20-dək fotolarının elektron surətlərinin sərgisi keçirilib: “Tədbirdən sonra biz Azərbaycan filmlərində çəkilən gürcü aktyorlarının fotolarının surətlərini Milli Arxivə hədiyyə etdik. Bundan əvvəl, yəni bu ilin aprel ayında Gürcüstan Milli Arxivi bizə Vasili Amaşukelinin filmlərindəki foto elektron surətləri, eyni zamanda bəstəkar Niyazinin, sənətşünas Məmməd Rəşidinin fotolarının elektron surətlərini bizə bağışlamışdılar. Gürcüstan Milli Arxivi bizə həm də 1930-cu illərdə İvan Perestianinin çəkdiyi bir filmdəki fotoların elektron surətini verib. Bizim əməkdaşlığımız davam edəcək. Biz gələn il Azərbaycan filmlərində iştirak edən gürcü aktyorlarının fotolarından ibarət buklet də hazırlayacağıq.”
Xatırladaq ki, Azərbaycan filmlərindən “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Bizim küçə”, “Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Səhər”, “Fit səsi” və digər filmlərdə gürcü aktyorlarından İpolit Xviçiya, Liya Eliava, Nana Paçuaşvili, David Uplisaşvili, Vaxtanq Pançulidze, Avtandil Maxaradze, Ariadna Şenqelaya, İrakli Xizanişvili, Giuli Çoxonelidze çəkiliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR