Bank Of Baku

Bu gündən Azərbaycanı “Eurovision-2012”də təmsil etmək istəyən növbəti “9-luq”un mübarizəsinə start verilir

Bu gündən Azərbaycanı “Eurovision-2012”də təmsil etmək istəyən növbəti “9-luq”un mübarizəsinə start verilir
# 19 dekabr 2011 10:09 (UTC +04:00)
ctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən APA-ya verilən məlumata görə, bu gündən etibarən Orxan Nəsibov, Emin Həsən, “Empathy” qrupu, Renat Aslanov, Nigar Babayeva, Nadejda Mikayılova, Fəqan Səfərov, Kamran Əzizov və Rəna İmaməliyeva milli finala çıxmaq uğrunda yarışacaqlar.

Avropanın ən nüfuzlu mahnı müsabiqəsində ölkə təmsilçiliyinə namizədlər həftənin 5 günündə İctimai Televiziyanın canlı efirində milli seçim turunun xüsusi proqramını yerinə yetirəcəklər. Seçim turunun proqramına əsasən bu gün onlar dünya estradasından mahnıları ifa etməlidirlər.

Qeyd edək ki, seçim turlarında iştirak edən 72 iddiaçı ümumilikdə hər birində 9 nəfər olmaqla 8 qrupda yarışır. Hər həftənin qalibi yarımfinal mərhələsinə vəsiqə qazanır. Qalibin seçimi “Eurovision ” Mahnı Müsabiqəsinin qaydalarına uyğun olaraq həm münsiflər heyəti, həm də tamaşaçıların SMS səsverməsinə əsasən aparılır. Həftənin qalibi, milli seçim turunun 4-cü yarımfinalçısı cümə günü müəyyən ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR