Bank Of Baku

Ermənistan “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edib-etməyəcəyi ilə bağlı qərarını bu ayın sonunda açıqlayacaq

Ermənistan “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edib-etməyəcəyi ilə bağlı qərarını bu ayın sonunda açıqlayacaq
# 19 dekabr 2011 22:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ermənistan Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edib-etməyəcəyini bu ilin sonunda açıqlayacaq. APA-nın News.am saytına istinadən yaydığı xəbərə görə, bunu qeyd olunan sayta açıqlamasında Ermənistanın “Eurovision” nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan deyib. Onun sözlərinə görə, “Eurovision-2012”də Ermənistanın iştirak edib-etməyəcəyi məsələ hazırda müzakirə olunur. Yekun qərar isə Yeni ilədək keçiriləcək mətbuat konfransında açıqlanacağı nəzərdə tutulur.

Qeyd edək ki, Düsseldorfda keçirilən 56-cı “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal qalib gəliblər. “Eurovision-2012” mahnı müsabiqəsi gələn il mayın 22-si, 24-ü və 26-da Bakıda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR