Bank Of Baku

Astanada Türk Akademiyasının muzey-sərgi kompleksinin təqdimat mərasimi keçiriləcək

Astanada Türk Akademiyasının muzey-sərgi kompleksinin təqdimat mərasimi keçiriləcək
# 20 dekabr 2011 07:55 (UTC +04:00)
Bakı - APA. Bu gün Astana (Qazaxıstan) şəhərində Türk Akademiyasının muzey-sərgi kompleksinin “Türk xalqlarının mənəvi birliyi və Qazaxıstan” mövzusunda təqdimat mərasimi keçiriləcək.
APA-nın xəbərinə görə, tədbirdə türk dövlətlərinin diplomatik korpusu, nazirlik və qurumların məsul şəxsləri, aparıcı türkoloq alimlər, ictimai xadimlər iştirak edəcək.
Təqdimat mərasimində Qazaxıstan və Türk Akademiyası haqqında videoinformasiya veriləcək.
Qeyd edək ki, Türk Akademiyası 2010-cu ildə Qazaxıstan prezidenti tərəfindən yaradılmış elmi müəssisədir. Akademiya ümumtürk mədəniyyəti, ədəbiyyatı, tarix və dilinin öyrənilməsi üzrə araşdırma mərkəzi kimi nəzərdə tutulub. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türk Akademiyasının beynəlxalq təşkilata çevrilməsini təklif edib və bu təşəbbüs cari ilin oktyabr ayında Almatıda keçirilən türkdilli ölkələrin sammitində Azərbaycan, Qırğızıstan və Türkiyə rəhbərliyi tərəfindən dəstəklənib.
Türk Akademiyası ilə əlaqə vasitələri aşağıdakılardır:
+7 701 197 19 61
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR