Bank Of Baku

Akademik Milli Dram Teatrında II Beynəlxalq Teatr Konfransı keçiriləcək

Akademik Milli Dram Teatrında II Beynəlxalq Teatr Konfransı keçiriləcək
# 20 dekabr 2011 12:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda II Beynəlxalq Teatr Konfransı keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərlə görüşündə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov deyib.

Teatr rəhbəri bildirib ki, 2012-ci il üçün bu sənət ocağında bir sıra yeniliklərin və layihələrin təşkili nəzərdə tutulur: “Gələn ilin noyabrında Bakı II Beynəlxalq Teatr Konfransına ev sahibliyi edəcək. Fikrimizcə, növbəti konfransda daha çox ölkələr təmsil olunacaq. Konfrans dörd gün davam edəcək”.

İ. İsrafilov əlavə edib ki, teatrda Azərbaycan dramaturgiyasının banisini Mirzə Fətəli Axundovun 200 illiyi ilə əlaqədar beynəlxalq teatr festivalı da keçiriləcək. Festival çərçivəsində bir çox maraqlı tamaşalar nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR