Bank Of Baku

Kişinyov Teatr Festivalının rəhbəri: “Azərbaycan teatrının beynəlxalq səviyyədə təbliğatına ehtiyac var”

Kişinyov Teatr Festivalının rəhbəri: “Azərbaycan teatrının beynəlxalq səviyyədə təbliğatına ehtiyac var”
# 20 dekabr 2011 12:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycanın inkişafına heyran qaldım. Azərbaycan teatrının da inkişafı göz önündədir və baxdığım tamaşalardan sözün həqiqi mənasında həzz aldım. Sadəcə olaraq, Azərbaycan teatrının daha fəal təbliğatına ehtiyac var və bu problemin də aradan qalxacağına inanıram”. APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Beynəlxalq Kişinyov Teatr Festivalının rəhbəri Petru Vudkarau deyib.

P. Vudkarau Akademik Milli Dram Teatrının səhnəsində izlədiyi “Xanuma”, Gənc Tamaşaçılar Teatrında baxdığı “Pəri Cadu” tamaşalarını çox bəyəndiyini söyləyib: “Hətta mən “Xəcalət” tamaşasının DVD versiyasına baxdım və bu tamaşanın rəhbərlik etdiyim Beynəlxalq Kişinyov Teatr Festivalında təmsil olunması istəyimi bildirdim. İzlədiyim tamaşalarda həm rejissor, həm də aktyor işini, eyni zamanda musiqilərdən yerində istifadə olunmasını çox bəyəndim. Həqiqətən də Azərbaycanda çox dəyərli aktyorlar var və onların potensialı kifayət qədərdir. Bunu canlı şəkildə izləmədən görmək mümkünsüzdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR