Bank Of Baku

“Mədəniyyət haqqında” yeni qanun layihəsi Milli Məclisin Mədəniyyət Komitəsində müzakirəyə çıxarılacaq

“Mədəniyyət haqqında” yeni qanun layihəsi Milli Məclisin Mədəniyyət Komitəsində müzakirəyə çıxarılacaq
# 20 dekabr 2011 12:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. ““Mədəniyyət haqqında” yeni qanun layihəsininin mətni artıq hazırdır və yaxın vaxtlarda Milli Məclisin Mədəniyyət Komitəsinin müzakirəsinə çıxarılacaq”. APA-nın məlumatına görə, bunu MM-in Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib. O bildirib ki, mədəniyyətlə bağlı yeni qanuna həddən artıq ehtiyac var: “Hazırda mədəniyyətlə bağlı ötən əsrin 90-cı illərinin ortalarında qəbul olunan qanun qüvvədədir. Halbuki bu illər ərzində mədəniyyətin maddi təminatından başlamış idarə olunmasına qədər xeyli yeniliklər əmələ gəlib. Prodüserlik institutu hazırda bütün dünyada mədəniyyətin idarə olunmasında böyük rol oynayır. Bu barədə indiki qanunda heç nə yoxdur. Başqa məqamlar da var. Məsələn, yaradıcılıq birliklərinin hüquqi mövqeyi hələ tam bəlli deyil. Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı sadəcə qeyri-hökumət təşkilatıdırmı, QHT-lər haqqında qanunla idarə olunmalıdır, yoxsa yaradıcılıq təşkilatlarının öz spesifikası var? Axı Azərbaycan Yazıçılar Birliyi sadəcə bir QHT deyil. Yaradıcı insanların müdafiəsi ilə bağlı yeni qanuna maddələr əlavə olunmalıdır. Bu insanların müdafiəsi ilə bağlı ümummilli lider Heydər Əliyev böyük təcrübə qoyub. Bu məsələlərin hamısı öz qanuni təsdiqini tapmalıdır”.

N. Cəfərov deyib ki, “Muğam sənəti” haqqında qanun da hazırlanaraq təqdim olunub, “Aşıq sənəti” haqqında” qanun isə hazırlanma mərhələsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR