Bank Of Baku

Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Azərbaycan və gürcü dillərində tamaşaya qoyulacaq

Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Azərbaycan və gürcü dillərində tamaşaya qoyulacaq
# 20 dekabr 2011 13:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Azərbaycan və gürcü dillərində tamaşaya qoyulacaq. APA-nın məlumatına görə, tamaşaya K. Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Levan Tsuladze quruluş verəcək.

L. Tsuladze deyib ki, tamaşada həm Azərbaycan, həm də gürcü aktyorları rol alacaq: “Bu əsəri səhnələşdirmək gözəl bir hissdir. Hazırlıqlara yaxınlarda başlamağı nəzərdə tutulur. Bu, Azərbaycanla Gürcüstanın müştərək işi olacaq”.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov isə bildirib ki, Azərbaycan teatrı müxtəlif ölkə rejissorlarına müraciət etdiyi kimi, yerli rejissorlar da müxtəlif ölkə teatrlarına dəvət olunurlar. Azərbaycan rejissorları Kipr, Kişinyov, Krım teatrlarından dəvət alıblar. İ. İsrafilov Bəhram Osmanov, Nicat Kazımov və digər rejissorların bu təklifləri dəyərləndirəcəklərini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR