Bank Of Baku

Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
# 20 dekabr 2011 14:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. M. F. Axunov adına Milli Kitabxanada görkəmli jurnalist, redaktor və pedaqoq Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, N. İmanquliyev 50 ildən artıq bir müddətdə Azərbaycanda jurnalist kadrların yetişdirilməsi ilə məşğul olub, 30 ildən artıq bir müddətdə isə o vaxtlar üçün çox məşhur olan “Bakı” və “Baku” qəzetlərinə rəhbərlik edib: “O təkcə jurnalist yox, əsl vətəndaş yetişdirirdi. Onun yaradıcılığında jurnalistikanın nəzəriyyəsi ilə təcrübəsi vəhdət təşkil edirdi. Nəsir İmanquliyev öz həyatı ilə Azərbaycan jurnalistikası və ziyalılığına bir nümunə idi”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə deyib ki, N. İmanquliyev həmişə gənc yazarlara xüsusi diqqət və mehribanlıqla yanaşıb: “O, redaktor işləyəndə heç vaxt yazılara müdaxilə etmirdi, müəllifə, onun üslubuna hörmət edirdi”.

Millət vəkili Elmira Axundova isə bildirib ki, N. İmanquliyevin xatirəsinə ən böyük ehtiram onun uzun illər rəhbərlik etdiyi “Bakı” və “Baku” qəzetlərinin fəaliyyətini canlandırmaq olardı: “Bu qəzetlər hazırda çıxmır. Həmin qəzetlər deyəsən Bakı şəhər İcra Hakimiyyətinin balansındadır. Onlar isə bu qəzetləri yaxşı maliyyələşdirmirlər. Halbuki bu qəzet Nəsir İmanquliyevin xatirəsinə layiq şəkildə çıxmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR