Bank Of Baku

Slovakiya “Eurovision-2012” üçün ikinci dəfə təmsilçi seçmək qərarına gəlib

Slovakiya “Eurovision-2012” üçün ikinci dəfə təmsilçi seçmək qərarına gəlib
# 20 dekabr 2011 14:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision- 2012” mahnı müsabiqəsinə təmsilçi seçimi problemi yaşayan Slovakiya, gələn il üçün ikinci dəfə təmsilçi seçmək qərarına gəlib. Belə ki, ötən ay təmsilçisini açıqlayan və sonradan yayımçı televiziya ilə müğənni arasında problemlər yaranan Slovakiyanın növbəti il bu müsabiqədə iştirak edib-etməyəcəyi sual altında idi. APA-nın esctoday.coma istinadən yaydığı xəbərə görə, Slovakiyanın müsabiqə üzrə yayımçı “STV” kanalı gələn il Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsində iştirak etmək niyyətini yenidən bildirib. Məlum olub ki, gələn il üçün ikinci cəhdini edəcək STV ölkənin təmsilçisini daxili seçim yolu ilə müəyyənləşdirəcək. Ölkənin təmsilçisinin kimliyinin yanvarda bilinəcəyi gözlənilir. Bildirilib ki, kanal hazırda bir neçə layihələr üzərində işləyir və təmsilçi daxili seçim yolu ilə müəyyənləşdiriləcək. Seçim turunda milli final olmayacaq.

Xatırladaq ki, Slovakiya ilk dəfə bu müsabiqədə 1994-cü ildə çıxış edib. O zaman ölkəni Martin Durinda və Tublatanka təmsil etmişdilər, halbuki bu ölkə hələ də ciddi nailiyyət qazanmayıb.
Qeyd edək ki, ötən ay yayımçı televiziya Slovakiyanı “Eurovision-2012”də Miro Şmaydanın təmsil edəcəyini açıqlamışdı. Hətta təmsilçinin müsabiqə ərzində özü-özünü maliyyələşdirəcəyi bildirilirdi. Amma sonradan yaranan problemlər yayımçı televiziya kanalını geri addım atmağa məcbur edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR