Bank Of Baku

Ağadadaş Qurbanovun 100 illik yubileyi keçirilib

Ağadadaş Qurbanovun 100 illik yubileyi keçirilib
# 21 dekabr 2011 10:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli sənətkar, teatr və kino aktyoru, xalq artisti Ağadadaş Qurbanovun anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley mərasimi keçirilib.
APA-nın xəbərinə görə, Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov çıxışında Ağadadaş Qurbanovun ömür yolu və yaradıcılığı haqqında geniş məlumat verib. Aktyorun yaradıcılıq yolunun Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ilə eyni dövrlərə təsadüf etdiyini diqqətə çatdıran M. Həmidov bu tip tədbirlərin teatr tariximizdəki əhəmiyyətini diqqətə çatdırıb.

Sonra Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, xalq artistləri Ağaxan Salmanlı, Rafiq Əzimov, kinoşünas Aydın Kazımzadə çıxış ediblər.

Tədbirdə Ağadadaş Qurbanovun çəkildiyi filmlərdən kadrlar nümayiş etdirilib, oynadığı rollar Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorlarının ifasında yenidən canlandırılıb.

Qeyd edək ki, teatrın foyesində aktyorun yaradıcılığını əks etdirən guşə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR